Avropa Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşib. Sport24.az xəbər verir ki, qrup mərhələsinə vəsiqə uğrunda bütövlükdə 44 komanda mübarizə aparacaq.

Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Başakşəhər” qrup mərhələsinə vəsiqə uğrunda Belçika “Antverpen”i ilə mübarizə aparacaq. İstanbul klubu ilk matçını evdə keçirməlidir.

Pley-offun ilk oyunları avqustun 18-də, cavab matçları isə avqustun 25-də keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-off mərhələsi

Maribor (Sloveniya) - ÇFR Kluj (Rumıniya)

RFS (Latviya) - Linfild (Şimali İrlandiya)

Lex (Polşa) – Düdelanj (Lüksemburq)

Şkupi (Şimali Makedoniya) – Ballkani (Kosovo)

Zrinski (Bosniya və Herseqovina) - Slovan (Bratislava, Slovakiya)

ÇSKA (Sofiya, Bolqarıstan) - Bazel (İsveçrə)

Vaduts (Lixtenşteyn) - Rapid (Avstriya)

Rakuv (Polşa) – Slaviya (Praqa, Çexiya)

APOEL (Kipr) - Yurqarden (İsveç)

Makkabi (Təl-Əviv, İsrail) - Nitsa (Fransa)

Universitatya (Krayova, Rumıniya) – Hapoel (Beer-Şeva, İsrail)

Başakşəhər (Türkiyə) – Antverpen (Belçika)

Styaua (Rumıniya) – Vikinq (Norveç)

Partizan (Serbiya) – Hamrun Spartans (Malta)

Fiorentina (İtaliya) – Tvente (Niderland)

Vilyarreal (İspaniya) – Hayduk (Xorvatiya)

Köln (Almaniya) – Fehervar (Macarıstan)

Vest Hem (İngiltərə) – Viborq (Danimarka)

Yanq Boyz (İsveçrə) – Anderlext (Belçika)

Slovaçko (Çexiya) – AİK (İsveç)

Molde (Norveç) - Volfsberger (Avstriya)

Alkmaar (Niderland) - Jil Visente (Portuqaliya)