Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Sport24.az xəbər verir ki, ötən gecə 40 matç keçirilib. 

 

Azərbaycanın üç klubu bu turnirdə ilk qarşılaşmasına çıxıb. "Sabah" Hayfa "Makkabi"sini, "Zirə" "Dunayska Streda"nı məğlub edib, "Sumqayıt" isə "Fehervar"a uduzub.

 

Günün ən məhsuldar matçında "Haken" səfərdə "Düdelanj"a 6:2 hesabı ilə qalib gəlib. Təmsilçilərimizin potensial rəqibləri də ilk duellərinə çıxıblar. "Sent Patriks" (İrlandiya) "Vaduts"a (Lixtenşteyn) (3:1), "Osiyek" (Xorvatiya) "Levadiya"ya (Estoniya) (5:1), "Omoniya" (Kipr) isə "Torpedo"ya (Gürcüstan) (3:1) qalib gəlib.

Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun
25 iyul

"KuPS" – "Tromse" - 0:1
"İberiya" – "Partizani" - 2:0
"Magpies" - "Kopenhagen" - 0:3
"Sumqayıt" – "Fehervar" - 1:2
"İlves" – "Austriya" V - 2:1
"Mlada Boleslav" – "Transinvest" - 2:0
"Noah" – "Slima Uonderers" - 7:0
"Milsami" – "Astana" - 1:1
"Jalgiris" – "Pafos" - 2:1
"Qo Ehed İqls" – "Brann" - 0:0
 "Omoniya" – "Torpedo" Kt - 3:1
"Zirə" – "Dunayska Ştreda" - 4:0

"Zimbru" – "Ararat" - 0:3
"Banik" – "Urartu" - 5:1
"Brondbü" – "Llapi" - 6:0
"Yurqorden" – "Proqres" - 3:0
"Düdelanj" – "Haken" - 2:6
"Sürix" – "Şelburn" - 3:0
"Floriana" - "Gimarayeş" - 0:1
"Hapoel" BŞ – "Çerno More" - 0:0
"Olimpiya" – "Polesye" - 2:0
"Makkabi" Hayfa – "Sabah" - 0:3
ÇFR – "Neman" - 0:0
ÇSKA 1948 – "Buduçnost" - 1:0
"Başakşəhər" – "La Fiorita" - 6:1
"Gent" – "Vikinqur" - 4:1
"Radniçki" – "Mornar" - 1:0
"Paksi" – AEK Larnaka - 3:0
"Sankt Qallen" – "Tobol" - 4:1
"Osiyek" – "Levadiya" - 5:1
"Maribor" – "Univestatya" Krayova - 2:0
 "Legiya" – "Kaernarfon" - 6:0

"Sent Patriks" – "Vaduts" - 3:1
"Valyur" – "St. Mirren" - 0:0
"Sarayevo" – "Spartak" Trnava - 0:0
"Vikinqur" – "Eqnatiya" - 0:1
"Hayduk" – "HB Torshavn" - 2:0
"Zrinski" – "Bravo" - 0:1
"Styarnan" – "Payde" - 2:1
"Breydablik" – "Drita" - 1:2

 

Qeyd edək ki, cavab oyunları iyulun 30-dan avqustun 1-dək keçiriləcək.