Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Dünya Kubokunu qazanmaq istəyir. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis bununla bağlı "Rai" telekanalına açıqlama verib:
"Braziliyaya altıncı dəfə dünya kubokunu qazanmağa kömək etmək mənim arzumdur. Yüksək gözləntilərimiz, eyni zamanda böyük həvəsimiz var.
24 ildir bu titulu qazana bilmirik. Bu ağır yükdür. Biz qalib gəlmək istəyirik və bu barədə açıq danışırıq.
Braziliya və İtaliya arasında final görüşünü görmək istərdim. Bu, mənim üçün emosional cəhətdən əla olardı".
Qeyd edək ki, Ançelotti yayda Brazliya millisinin "sükanı arxasına" keçib.