Türkiyə millisinin üzvü İrfan Can Kahveci Millətlər Liqasının 3-cü turunda Monteneqro ilə matçda vurduğu qolu dəyərləndirib. Sport24.az xəbər verir ki, sözügedən görüşün 69-cu dəqiqəsində Kenan Yıldız qapıya zərbə endirsə də, top dirəkdən qayıdıb.

 

Həmin vaxt İrfan Can Kahveci topa toxunaraq komandasına qələbə gətirən qolu vurub.

 

29 yaşlı yarımmüdafiəçi öz qolunu belə dəyərləndirib: "Bu cür oyunlar çox çətin olur. Monteneqronu indiyədək 2 top fərqi ilə məğlub edə bilməmişdik. İndi də 1 qolla qələbə qazandıq. Belə matçlar olur. Qalib gəldiyimiz üçün xoşbəxtik. Bu, karyeramın ən asan qollarından biri idi. Xoşbəxtəm".

 

Qeyd edək ki, İrfan Can 2018-ci ildən Türkiyə millisinin üzvüdür. O, həmçinin 2021-ci ildən "Fənərbaxça"nın formasını geyinir.