"İnter"in prezidenti Cüzeppe Marotta "neradzurri"nin baş məşqçisi Filippo İnzaqini tərif atəşinə tutub. Sport24.az xəbər verir ki, klub prezidenti bu barədə İtaliya mətbuatına açıqlama verib:

 

"O, növbəti dəfə adından söz etdirdi və buna görə bütün alqışlara layiqdir. İnzaqi bizim uzunmüddətli layihəmizin vacib hissəsidir".

 

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında iki oyunun ümumi nəticəsinə görə "Barselona"nı məğlub edən "İnter" mötəbər turnirin həlledici oyununa vəsiqə qazanıb. İtaliya klubunun rəqibi PSJ – "Arsenal"ın cütünün qalibi olacaq.