"Leypsiq"in hücumçusu Benjamin Sesko İngiltərə Premyer Liqasının beş klubunun əsas transfer hədəfinə çevrilib. Sport24.az xəbər verir ki, bu barədə TBR Football məlumat yayıb.
Mənbənin sözlərinə görə, sloveniyalı hücumçu ilə "Arsenal", "Çelsi", "Liverpul", "Mançester Yunayted" və "Nyukasl" maraqlanır. Sesko üçün əsas namizəd "topçular"dır. Sloveniyalının Mikel Artetanın oyun modelinə daha uyğun gəldiyi bildirilir.
Qeyd edək ki, hücumçu bu mövsüm 43 matça çıxıb, 21 qol vurub və 6 məhsuldar ötürmə edib.