“Şalke" baş məşqçisi Tomas Raysı yola salıb. Sport24.az xəbər verir ki, bununla bağlı Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

Komandanın uğursuz çıxışını nəzərə alan klub rəhbərliyi baş məşqçi ilə yolları ayırıb. 50 yaşlı mütəxəssis keçən ilin oktyabrında bu vəzifəyə gətirilmişdi. 

Qeyd edək ki, bu mövsüm II Bundesliqada çıxış edən "Şalke" 7 oyuna cəmi 7 xal yığıb və 16-cı pillədə qərarlaşıb.