İngiltərənin nüfuzlu Sky Sports nəşri bu idman tarixinin ən böyük futbolçusunu müəyyən etmək üçün sorğu keçirib. Sport24.az xəbər verir ki, nəticədə yarım milyona yaxın respondent səsvermədə iştirak edib.
Birinci yeri bütün səslərin 36 faizini toplayan Portuqaliya millisinin hücumçusu və Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in formasını geyinən Kriştiano Ronaldo tutub.
İkinci yerdə cüzi fərqlə "İnter Mayami"nin məşhur argentinalı futbolçusu Lionel Messi (35%) qərarlaşıb. Üçüncü yeri Messinin əfsanəvi həmyerlisi Dieqo Maradona tutub. "Dördlüy"ü isə braziliyalı Pele qapayıb.
Qeyd edək ki, Maradona 2020-ci, Pele isə 2022-ci ildə dünyasını dəyişib.