"Real"ın hücumçusu Vinisius Junior FİFA tərəfindən şübhə altına alınıb. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Bildirilir ki, 24 yaşlı oyunçu bir neçə futbol klubunun sahibi olduğu üçün maraqların toqquşması qaydalarını pozmaqda şübhəli bilinir. Günahı sübuta yetirilərsə, braziliyalı iki ilə qədər futboldan uzaqlaşdırıla bilər.
Qeyd edək ki, Vinisius cari mövsümdə bütün turnirlərdə 47 oyun keçirib, 21 qol vurub və 15 məhsuldar ötürmə edib.