FIFA futbolçu transferləri ilə bağlı yeni qaydaları təsdiqləyib. Sport24.az xəbər verir ki, qaydalar 2024-cü ildən qüvvəyə minəcək.
Belə ki, bundan sonra klublar "transfer pəncərəsi" zamanı maksimum 6 futbolçunu icarə əsasında heyətinə cəlb edə biləcək və eyni sayda oyunçunu icarəyə göndərəcək.
Yeni qayda klubların akademiyasından yetişən və 21 yaşı tamam olmayan futbolçulara şamil edilməyəcək.