"Fənərbaxça"nın yarımmüdafiəçisi Sebastian Şimanski karyerasını Fransada davam etdirəcək. Sport24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, polyak futbolçu "Renn" ilə anlaşıb.

 

Tərəflər 2029-cu ilin yayına qədər müqavilə imzalayıblar.

 

Bu keçid Fransa klubuna 10,5 milyon avroya başa gəlib. Sözləşməyə əsasən Şimanskinin 2019-cu ildən 2022-ci ilə qədər formasını geyindiyi Kiyev "Dinamo"suna da transferdən pay düşəcək. Ukrayna klubu 1 milyon avrodan bir qədər çox qazanacaq.

 

Qeyd edək ki, Şimanski bu mövsüm "Fənərbaxça"nın heyətində bütün turnirlərdə 26 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib.