Türkiyənin "Fənərbağça" futbol klubu yarımmüdafiəçisi Mert Hakan Yandaşla müqaviləni yeniləyib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı futbolçu ilə bir illik yeni sözləşmə imzalayıb.

 

Klubun açıqlamasında Mert Hakanın komanda üçün önəmi xüsusi vurğulanıb:

 

"A komandamızın kapitanlarından Mert Hakan Yandaşla bir illik yeni müqavilə imzalanıb. Mübariz xarakteri və zolaqlı formamıza bağlılığı bu qərarın ən önəmli amillərindən olub. Futbolçumuz da "Fənərbağça" sevgisini bir daha ortaya qoyaraq minimum əməkhaqqı şərtləri əsasında bir illik yeni müqaviləyə imza atıb. Mert Hakan Yandaşa zolaqlı formamızla uğurlarla dolu mövsüm arzulayırıq".

 

Qeyd edək ki, Mert Hakan Yandaş 2020-ci ilin yayında "Fənərbağça"ya transfer olunub. O, İstanbul klubunun heyətində 149 rəsmi matça çıxıb və 11 qol vurub.