"Everton" "Bernli"yə qarşı məhkəmə iddiasını uduzub və indi klub təxminən 35 milyon funt sterlinq təzminat ödəməli olacaq. Sport24.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

 

Liverpul təmsilçisi 2021/22 mövsümündə liqanın maliyyə dayanıqlılığı qaydalarını pozub. Lakin klub 2023/24 mövsümündə cəmi altı xaldan məhrum edilib. Əgər "Everton" 2021/22 mövsümündə xallardan məhrum edilsəydi, "Bernli" Çempionşipə düşməzdi. Buna görə də klub məhkəməyə müraciət edərək təzminat tələb edib.

 

Qeyd edək ki, "Everton" məhkəmənin qərarından apelyasiya şikayəti verib və onun ləğv edilməsini istəyir.