Danimarka Futbol Federasiyası (DFF) və UEFA Danimarka millisinin futbolçusu Kristian Eriksenin son durumu barədə məlumat yayıb. Sport24.az xəbər verir ki, DFF 29 yaşlı hücumameyilli yarımmüdafiəçinin xəstəxanaya çatdırıldığını və şüurunun yerində olduğunu bəyan edib.
UEFA da Eriksenin durumunun sabitləşdiyini açıqlayıb. Kristian təcili yardım maşını ilə stadiondan aparılıb. O, əlini başına qoyub və bununla bağlı şəkil də yayılıb. Kristianın şüurunun yerinə gəldiyi ehtimal olunur.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 21.45-də təxirə salınan Danimarka - Finlandiya oyunun vaxtı və futbolçunun durumu ilə bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.