"Mançester Siti"nin braziliyalı qapıçısı Edersonun "Əl-İttihad"a keçidi alınmayıb. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu "Malyorka"da çıxış edən Predraq Raykoviçin transferini rəsmiləşdirməyə hazırlaşır. "Əl-İttihad" bu qapıçının transferi üçün təxminən 11 milyon avro ödəyəcək.
Ederson 2017-ci ildən İngiltərə klubunda çıxış edir. O, bütün turnirlərdə 332 oyun keçirib, 155 matçda qapısını toxunulmaz saxlayıb.
30 yaşlı qolkiperin "Mançester Siti" ilə müqaviləsi 2026-cı ildə başa çatır və onun transfer dəyəri 35 milyon avro qiymətləndirilir.