"Əl-Hilal" "Napoli"nin hücumçusu Viktor Osimhenə yeni təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə "Goal" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, Səudiyyə klubu futbolçuya ildə 50 milyon avro ödəməyə hazırdır. Daha əvvəl 26 yaşlı futbolçu "Əl-Hilal"ın 30 milyon avroluq təklifini rədd etmişdi. Səudiyyə klubu həmçinin Osimhenin keçidi üçün "Napoli"yə 75 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, nigeriyalı forvard 2024/25 mövsümündə "Qalatasaray"da icarə əsasında çıxış edib. Hücumçu bütün yarışlarda 41 matçda 37 qol vurub və 8 məhsuldar ötürmə edib.