"Fulhem"in baş məşqçisi Marko Silva Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan təklif alıb. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə mediası məlumat paylaşıb.

 

Ərəblər mayın əvvəlində vidalaşdıqları Jorje Jezuşu ingilis klubunun çalışdırcısı ilə əvəzləməyi planlaşdırırlar. Tərəflər arasında danışıqlara start verilib. 

 

47 yaşlı mütəxəssisin "Fulhem"lə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir. Bu səbəbdən, ortaq məxrəcə gəlmək mümkün olsa "Əl-Hilal" baş məşqçiyə görə İngiltərə klubuna təzminat ödəməli olacaq.

 

Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2021-ci ilin yayından "Fulhem"ə rəhbərlik edir. Onun rəhbərliyi altında "Fulhem" cari mövsümdə 35 turundan sonra turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.