"İnter Mayami" növbəti transferi reallaşdırıb. Sport24.az xəbər verir ki, MLS klubu "Atletiko"dan Rodriqo De Paulu heyətinə qatıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

31 yaşlı argentinalı ilə 4 illik müqavilə imzalanıb.

 

"İnter Mayami" De Paul üçün qarşı tərəfə 15 milyon avro təzminat ödəyib.

 

O, 2022-ci ildə Argentina yığması ilə dünya çempionu olub.