"Turan Tovuz" növbəti transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

 

Bölgə təmsilçisi Filip Ozobiçi heyətinə qatıb. Son olaraq "Neftçi"nin şərəfini qoruyan yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. 

 

Rusiyada "Spartak", Xorvatiyada "Hayduk" və "Slaven" klublarında çıxış etmiş Filip Ozobiç ölkəmizdə "Qəbələ" və "Qarabağ"da da forma geyinib. Ozobiç 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 15 oyun keçirib və 1 qol vurub.