"Qarabağ" UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Şelburn"u qəbul edəcək. Sport24.az xəbər verir ki, artıq qarşılaşma üçün 11000 bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. 

 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

 

Satış məntəqələri:

İTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Qapılar azarkeşlər üçün oyunun start fitindən 120 dəqiqə əvvəl açılacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Şelburn" matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Bu komandalar arasında İrlandiyada baş tutan ilk görüş Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.