Norveç millisi DÇ-2026-ya qələbə ilə başlayıb. Sport24.az xəbər verir ki, Kaliforniyanın Foksboro şəhərindəki "Gillette" stadionunda baş tutan görüşdə Skandinaviya təmsilçisi İraqı 4-1 hesabı ilə məğlub edib.  

 

İlk yarıda Erlinq Haaland dublla yadda qalıb. İraq yığmasının heyətində isə Ayman Hüseyn fərqlənib.

 

76-cı dəqiqədə meydana yeni daxil olan Leo Estiqor komandasının 3-cü qolunun müəllifi olub. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə isə Hüseyn topu öz qapısına göndərib.

 

Bu qələbə sayəsində Norveç I qrupunda ilk pilləyə yüksəlib. Fransa 2-ci, Seneqal isə üçüncüdür. Sonuncu pillədə İraq qərarlaşıb. 

 

Qeyd edək ki, ikinci turda İraq Fransa ilə, Norveç isə Seneqal ilə qarşılaşacaq. Hər iki oyun 23 iyunda keçiriləcək.