Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" Türkiyə I Liqasında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Bandırma təmsilçisi "Erokspor"un qonağı olub.

 

17-ci tur çərçivəsində keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Görüşə ehtiyat oyunçular skamyasında başlayan Diniyev 72-ci dəqiqədə meydana daxil olub.

 

Qeyd edək ki, 33 xal toplayan "Bandırmaspor" hazırda turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.