Ötən axşam DÇ-2022-nin III turunda İran yığmasıyla oyunda zədələnən ABŞ millisinin üzvü Kristian Pulişiçin durumu açıqlanıb. Sport24.az xəbər verir ki, ABŞ Futbol Federasiyası mətbuat xidmətiylə "Çelsi"də çıxış edən yarımmüdafiəçiyə çanaq sümüyünün əzilməsi diaqnozu qoyulduğunu açıqlayıb.

Kristianın dekabrın 3-də 1/8 finalda Niderlandla görüşü buraxacağı gözlənilir.

Qeyd edək ki, İranla görüşdə qələbə topunu vuran Pulişiç həmin epizodda rəqib qapıçı ilə toqquşub. O, matçdan dərhal sonra xəstəxanaya aparılıb.