DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi davam edir. Sport24.az xəbər verir ki, bu gün 3 qrupda III turun matçları keçiriləcək.
Serbiya, Niderland və Avstriya seçmə mərhələdə ilk görüşünə çıxacaq. İngiltərə Andorranın, San Marino isə Bosniya və Herseqovinanın qonağı olacaq.
Günün maraqlı qarşılaşmarından biri Avstriyada keçiriləcək. Yerli komanda Rumıniya ilə üz-üzə gələcək.
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi
III tur, 6 iyun
G qrupu
20:00. Malta - Litva
22:45. Finlandiya – Niderland
H qrupu
17:00. Bosniya və Herseqovina - San Marino
22:45. Avstriya – Rumıniya
K qrupu
20:00. Andorra - İngiltərə
22:45. Albaniya – Serbiya