Bu gün keçiriləcək Argentina - İspaniya matçına ən ucuz bilet 6411,25 dollara təklif olunub. Sport24.az xəbər verir ki, bu barədə AP portalı məlumat yayıb.
Mənbənin sözləörinə görə, artıq DÇ-2026-nın həlledici qarşılaşmasına bilet qutarıb.
Stadionun yuxarı hissəinin biletləri təxminən 10.000 dollara satılıb. Meydanda baş verənləri daha yaxından izləmək istəyənlər 16.000 dollar xərcləməli olublar. Xidmət göstərən xüsusi oturacaqların qiyməti 60.000 dollar olub.
SeatGeek və StubHub kimi sahələrdə biletlərin qiyməti 10.000 dollardan 35.000 dollara qədər dəyişib.
Qeyd edək ki, İspaniya - Argentina matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.