Ötən gecə keçirilən matçda Kamerunu minimal hesabla (1:0) məğlub edən Konqo DÇ-2026-nın Afrika seçmə mərhələsinin həlledici matçında oynamaq hüququ qazanıb. Sport24.az xəbər verir ki, Konqo tarixində ikinci dəfə mundialda iştirak etməyə yaxındır.

 

Kamerunun heyətində "Neftçi"nin hücumçusu Vensan Abubakar da meydana çıxıb. Hücumçu fasilədə Maqrini əvəzləyib.

 

Qeyd edək ki, Konqo mundiala vəsiqə uğrunda həlledici qarşılaşmada Qabonu əlavə vaxtda 4-1 hesabı ilə məğlub edən Nigeriya ilə qarşılaşacaq. Qalib komanda dünya çempionatının qitələrarası seçmə mərhələsinə vəsiqə qazanacaq.