"Bizim Azərbaycan və İslandiya kimi uzaq səfərlərimiz olacaq". Sport24.az xəbər verir ki, bunu futbol üzrə Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç deyib..

 

Təcrübəli mütəxəssis DÇ-2026-nın seçmə mərhələsinin püşkünü dəyərləndirib. O, Millətlər Liqasının pley-offunda qələbə qazanacaqları təqdirdə qarşılaşacaqları rəqibləri daha çətin adlandırıb: "Hələlik kiminlə üz-üzə gələcəyimiz dəqiq deyil. D qrupunda işlər daha qəliz görünür. Ukraynanın gücünü nəzərə almaqla yanaşı, Azərbaycan və İslandiya kimi çətin səfərlər ola bilər. İndiki vəziyyətdə L qrupunda işlərin daha asan olacağını demək mümkündür".

 

Qeyd edək ki, Xorvatiya pley-offun nəticəsindən asılı olaraq D və ya L qrupunda yer alacaq.