Bu gün Misli Premyer Liqasında XVII tur start götürür. Sport24.az xəbər verir ki, ilk gündə iki oyun keçiriləcək.

 

Turun açılış matçı Şamaxıda baş tutacaq. Meydan sahibi komanda "Səbail"i qəbul edəcək.

 

"Şirlər" hazırda 13 xalla turnir cədvəlində yeddinci yeri tutur, paytaxt təmsilçisi isə 8 xalla sonuncudur. Hər iki komanda son 3 turda xala həsrət qalıb. 

 

"Səbail" 7 turdur qələbəyə qalib gələ bilmir. Maraqlıdır ki, "dənizçilər" sonuncu dəfə məhz "Şamaxı" üzərində qələbəyə sevinib - 2:0.

 

Ayxan Abbasovun komandası isə artıq 9 turdur qalib gələ bilmir. 

 

Qeyd edək ki, günün ikinci matçında lider "Araz-Naxçıvan" "Sabah"la üz-üzə gələcək. 

 

Misli Premyer liqası

II dövrə, XVII tur

14:30. "Şamaxı" - "Səbail" 0:0

"Şamaxı": 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli 5. Arsen Ağcabəyov 6. Rauf Rüstəmli 82. Rüfət Abbasov 24. Edqar Adilxanov 32. Vasiliye Radenoviç 11. Conatan Benteke 20. Leroy Mikels (k) 9. Belajdi Pusi 66. Vasiliye Bakiç

 

Ehtiyat oyunçular: 85. Kamal Bayramov 62. Abdulla Seydəhmədov 60. Səbayıl Bağırov 80. Zahid Mərdanov 13. Ramin Əhmədov 22. Qurban Səfərov 19. Fəxri Məmmədli

 

Baş məşqçi: Ayxan Abbasov

 

"Səbail": 1. Hüseynəli Quliyev 74. Yusif Nəbiyev (k) 77. Fərid Nəbiyev 18. Süleyman Əhmədov 20. Mert Çelik 83. Nihad Quliyev 19. Samir Abdullayev 8. Qorka Laruçça 3. Dmitro Litvin 7. Madi Queta 14. Suleyman Alluş

 

Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 6. Cabir Əmirli 15. Vüsal Məsimov 17. Gülağa Əsədov 16. Emin Rüstəmov 97. Oruc Məmmədov 36. Azad Əsgərov 5. Gitay Sofir

 

Baş məşqçi: Cavid Hüseynov

 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı. Şəhər stadionu.