Futbol üzrə Portuqaliya kubokunun qalibi müəyyənləşib.

Sport24.az xəbər verir ki, həlledici oyunda “Portu” ilə azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” qarşılaşıb.

Dörd qolun qeydə alındığı matçda inamlı qələbəyə (3:1) sevinən “Portu” tarixində 18-ci dəfə Portuqaliya kubokunun qalibi olub.

Renat da bu görüşün iştirakçısı olub. O, finalda 56-cı dəqiqədən etibarən meydanda olub.