Çempionlar Liqasının Liqa mərhələsinin IV turunun "Bavariya" – "Benfika" oyununda xoşagəlməz hadisə yaşanıb. Sport24.az xəbər verir ki, oyunun gedişi zamanı tribunada bir azarkeş vəfat edib.
Bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb. Matçın 3-cü dəqiqəsində halı pisləşən fanat həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.
"Bavariya" "Benfika"nı 1:0 hesabıyla məğlub edib.
 
     
                         
                 
                 
                 
                 
                