Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan çempionu “Neftçi”nin də bu mərhələdəki potensial rəqibi bəlli olub. “Ağ-qaralar” mərhələni adlasa, Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşacaq.

Azərbaycanlı hücumçu Mahir Emrelinin klubu “Legiya”nın 2-ci mərhələdəki potensial rəqibi də məlum olub. Varşava təmsilçisi 1-ci mərhələni keçsə, “Flora” (Estoniya) – “Hibernians” (Malta) matçının qalibi ilə qarşılaşacaq.

Bundan başqa, Türkiyənin “Qalatasaray” klubunun da rəqibinin adına aydınlıq gəlib. “Sarı-qırmızılar” bu mərhələdə Niderlandın PSV klubu ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi

Dinamo (Zaqreb, Xorvatiya)/Valyur (İslandiya) – Omoniya (Kipr)

Slovan (Slovakiya)/Şemrok Rovers (İrlandiya) – Yanq Boyz (İsveçrə)

Bodo Qlimt (Norveç)/Legiya (Polşa) – Flora (Estoniya)/Hibernians (Malta)

Konnah (Uels)/Alaşkert (Ermənistan) – Teuta (Albaniya)/Şerif (Moldova)

Olimpiakos (Yunanıstan) – Dinamo (Tiflis, Gürcüstan)/Neftçi (Azərbaycan)

Makkabi (Hayfa, İsrail)/Kayrat (Qazaxıstan) – Srvena Zvezda (Serbiya)

Fola (Lüksemburq)/Linkoln (Cəbəllütariq) – ÇFR (Rumıniya)/Borats (Bosniya və Herseqovina)

Malmö (İsveç)/Riqa (Latviya) – HJK (Finlandiya)/Buduçnost (Monteneqro)

Ferentsvaroş (Macarıstan)/İlkin mərhələnin qalibi – Jalgiris (Vilnüs, Litva)/Linfild (Şimali İrlandiya)

Şkendiya (Şimali Makedoniya)/Mura (Sloveniya) – Ludoqorets (Bolqarıstan)/Şaxtyor (Belarus)

Rapid (Avstriya) – Sparta (Praqa, Çexiya)

Seltik (Şotlandiya) – Midtyulland (Danimarka)

PSV (Niderland) – Qalatasaray (Türkiyə)