Çempionlar Liqasında Liqa mərhələsinin VI turuna yekun vurulub. Sport24.az xəbər verir ki, 2-ci oyun günündə 9 matç keçirilib.
Günün maraqla gözlənilən görüşlərindən biri Almaniyada baş tutub. "Barselona" Dortmundda "Borussiya"nın qonağı olub. Oyun kataloniyalıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
"Yuventus" Turində "Mançester Siti"ni məğlub edib. "Milan" "Srvena Zvezda"nı, "Arsenal" isə "Monako"nu üstələyib.
UEFA Çempionlar Liqası
VI tur
"Atletiko" (İspaniya) - "Slovan" (Slovakiya) 3:1
Qollar: Alvarez, 16, Qrizmann, 42, 57 - Streleç, 51-pen.
"Lill" (Fransa) - "Ştrum" (Avstriya) 3:2
Qollar: Sahraoui, 37, Bakker, 45+2, Haraldsson, 81 - Kiteşvili, 45+4, Byeret, 47
"Milan" (İtaliya) - "Srvena Zvezda" (Serbiya) 2:1
Qollar: Leau, 42, Abraham, 87 - Radonyiç, 67
"Arsenal" (İngiltərə) - "Monako" (Fransa) 3:0
Qollar: Saka, 34, 78, Havertz, 88
"Benfika" (Portuqaliya) - "Bolonya" (İtaliya) 0:0
"Borussiya" (Dortmund, Almaniya) - "Barselona" (İspaniya) 2:3
Qollar: Jurassi, 60-pen; 78 - Rafinya, 53, Torres, 75, 85
"Feyenoord" (Niderland) - "Spartak" (Çexiya) 4:2
Qollar: Trauner, 8, Payşao, 10, Mussa, 30, Ximenez, 63 - Rahmani, 43, Beelen, 80
"Yuventus" (İtaliya) - "Mançester Siti" (İngiltərə) 2:0
Qollar: Vlahoviç, 53, Makkenni, 75
"Ştuttqart" (Almaniya) - "Yanq Boys" (İsveçrə) 5:1
Qollar: Stiller, 25, Millo, 53, Führix, 61, Vaqnoman, 66, Keytel, 76