"Çelsi"nin futbolçu Vesley Fofana zədələnib. Sport24.az xəbər verir ki, müdafiəçi Premyer Liqada "Tottenhem"lə matçdan (0:1) öncə sıradan çıxıb.
O, bu səbəbdən görüşdə iştirak etməyib.
Fofananın son durumu məlum deyil. O, bu mövsüm Premyer Liqada cəmi 14 oyuna çıxıb.