Almaniyanın “Leypsiq” klubunun keçmiş texniki direktoru Kristofer Vayvel bundan sonra İngiltərədə çalışacaq.

Sport24.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Vayvel bundan sonra “Çelsi”də eyni vəzifəni icra edəcək.

O, oktyabrın 7-də Almaniya klubunu tərk edib. Vayvel 2020-ci ildən “Leypsiq”də bu vəzifədə çalışırdı.

“Çelsi” İngiltərə Premyer Liqasında 14 oyundan sonra 21 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.