Almaniyanın “Bayer” klubu hücumçusu Patrik Şiklə müqavilənin müddətini artırıb.

Sport24.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki sözləşmə 2025-ci ilin yayına kimi idi.

Şik 2020-ci ilin sentyabrından “Bayer”in uğurları üçün çalışır. O, geridə qalan mövsümdə meydana çıxdığı 31 oyunda 24 qol vurub.