"Yuventus"un və İtaliya millisinin sabiq futbolçusu Canluici Buffon Turin təmsilçisinin baş məşqçisi Tyaqo Motta haqda danışıb. Sport24.az xəbər verir ki, sabiq qapıçı jurnalist Nikolo Skeraya açıqlamasında deyib:

 

"Tyaqo Mottaya böyük hörmətim var və onun qurduqlarına inanıram. Bir işin prosesinə bu qədər dərin girəndə vaxt lazım olur. Motta — son dərəcə dəqiq məşqçidir. O, müəyyən bir səviyyədə işləməyə öyrəşib. Onu Massimiliano Alleqri ("Yuventus"un sabiq baş məşqçisi - red.) ilə müqayisə etməyin. Bu, tamamilə uyğunsuzdur. Birisi çox şeyi qazanıb, Tyaqo isə hələ təzə başlayır. Onları müqayisə edənlər "Yuventus"un ətrafında qıcıq yaratmaq istəyirlər". 

 

Qeyd edək ki, "Yuventus" turnir cədvəlində 31 xalla 6-cı yerdədir. Turin klubu bu mövsüm İtaliya A Seriyasında hələ də məğlub olmayıb.