Boliviya millisi DÇ-2026-nın seçmə mərhələsində Braziliya yığmasına qalib gəlib — 1:0. Sport24.az xəbər verir ki, oyun El Alto şəhərindəki "Estadio Municipal" stadionunda baş tutub.

 

Yeganə qolu ilk hissəyə əlavə edilmiş 4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Migel Terseros vurub.

 

Qeyd edək ki, braziliyalılar seçmə mərhələni 5-ci yerdə başa vuraraq 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanıblar. Boliviya isə braziliyalılar üzərində qələbə sayəsində Venesuelanı qabaqlayaraq 7-ci yeri tutub və dünya çempionatına vəsiqə uğrunda pley-offda çıxış edəcək.