Braziliya Futbol Konfederasiyasının (CBF) təmsilçisi Dieqo Fernandez İspaniya kubokunun final oyununda "Real"ın "Barselona"ya 2:3 hesabı ilə uduzduğu final oyununda olub. Sport24.az xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Braziliya federasiyasının nümayəndəsinin səfərində məqsəd Madrid komandasının baş məşqçisi Karlo Ançelotti ilə təcili danışıqlar aparmaqdır. Braziliyalılar DÇ-2026-nın seçmə mərhələsinin iyunda keçiriləcək oyunlarına qədər italiyalının təyinatı məsələsini həll etmək istəyir.
Qeyd edək ki, artıq bir müddətdir mətbuatda Ançelottinin cari mövsümün sonunda "Real"ı tərk edəcəyi barədə xəbərlər dolaşır.