"Beşiktaş" UEFA Avropa Liqasının VIII turunda qarşılaşacağı "Tvente" ilə matçın Enshededə deyil, başqa şəhərdə keçirilməsi üçün UEFA-ya müraciət ünvanlayıb. Sport24.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub rəhbərliyinin ali futbol qurumuna müraciətinə səbəb matçın keçiriləcəyi Enshede şəhərinin meri Roelof Blekerin "Beşiktaş" azarkeşlərinin yüksək təhlükəsizlik riskinə görə stadiona buraxılmayacağı ilə bağlı açıqlaması olub. Türkiyə klubu da buna qarşılıq olaraq Enshededə oynamaq istəmədiklərini bildirib.
Qeyd edək ki, "Tvente" - "Beşiktaş" görüşü 2025-ci il yanvarın 30-da baş tutacaq.