"Beşiktaş"ın "Trabzonspor"la keçiriləcək derbi oyunu üçün səfər heyəti bəlli olub. Sport24.az xəbər verir ki, siyahıda Rafa Silvanın adı yer almayıb.

 

Portuqaliyalı futbolçu böyük matç üçün heyətə daxil edilməyən oyunçular arasında yer alıb.

 

Rafa Silva ilə yanaşı, Svensson, Cengiz Ünder, Jota Silva və Mustafa Hekimoğlu da Trabzon səfərinə aparılmayıb.

 

Qeyd edək ki, "Beşiktaş" – "Trabzonspor" qarşılaşması sabah saat 21:00-da start götürəcək.