"Əl-İttihad"ın futbolçusu Karim Benzema "Real"ın oyunçusu Vinisus Juniorun paylaşımına maraqlı şərh yazıb. Sport24.az xəbər verir ki,  o, braziliyalı oyunçunun "Qızıl top"a layiq olduğunu bildirib. 

 

Xatırladaq ki, Vinisus Çempionlar Liqasında Borussiya" ilə keçirilən oyunda het-trikə imza atıb. Qarşılaşmanın ən yaxşısı seçilən futbolçunun bununla bağlı paylaşımına məşhur futbolçular şərh yazıb. 

 

Qeyd edək ki, bir müddət öncə qızıl topun 24 yaşlı futbolçuya verilməsi ilə bağlı xəbərlər yayılmışdı.