"Qarabağ" bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti oyuna çıxacaq. Sport24.az xəbər verir ki, "atlılar" III turda "Ayaks"ı qəbul edəcək.

 

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:45-də start veriləcək.

 

"Qarabağ" bundan əvvəl "Tottenhem"ə 0:3, "Malmö"yə isə 1:2 hesabıyla uduzub.

 

"Ayaks" isə "Slaviya" ilə heç-heçə edib (1:1), "Beşiktaş"a isə qalib gəlib (4:0).

 

UEFA Avropa Liqası
Liqa mərhələsi, III tur

24 oktyabr

20:45 Qarabağ – Ayaks (Niderland) 0:3

Qollar: Kennet Teylor, 36, Vut Veqost, 73, Akpom, 77

Qırmızı vərəqə: Julio Romao, 16, Elvin Cəfərquliyev, 79

Baş hakim: Nikolas Uolş (Şotlandiya)
Tofiq Bəhramov adına Respublika stadionu

 

Qarabağ: Mateuş Koxalski, Elçin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina, Abbas Hüseynov, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Abdullah Zubir, Yassin Benzia, Olavio Juninyo

 

Ayaks: Pasver, Hata, Şutalo, Ruqani, Renş, Henderson, Teylor, Flits-Jim, Rasmussen, Veqorst, Qodts.