"Bavariya" Çempionlar Liqasının Liqa mərhələsinin III turunda "Barselona"ya uduzub – 1:4. Sport24.az xəbər verir ki, Münhen təmsilçisi tarixində birinci dəfə ÇL-də ardıcıl üç səfər oyununda məğlub olub.

 

"Bavariya" bu mövsüm "Barselona"dan əvvəl İngiltərədə "Aston Villa"ya uduzub (0:1).

 

Münhenlilər ötən ilin yarımfinalında isə Madriddə "Real"a məğlub olmuşdu (1:2).