"Qarabağ" bu gün Avropa Liqasında Liqa mərhələsinin III turunda "Ayaks"ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 20:45-də start veriləcək. Futbol mütəxəssisi Adil Şükürov Sport24.az-a açıqlamasında oyunlar bağlı fikirlərini bölüşüb:

 

"Qarabağ" bu gün dünya futbolunun inkişafında rolu olan bir komandaya qarşı oynayacaq. "Ayaks" Nederland çempionatında 9 turdan sonra 5 ci yerdə qərarlaşıb və rəqib qapılarına 17 qol vurub 7 qol isə buraxıb. Bu komandanın hücum və müdafiyə aspektində necə oynadığının göstəricisidir. Amma unutmayaq ki , "Qarabağ" bu cür adlı-sanlı rəqiblərə qarşı doğma azarkeşlər qarşısında yaxşı oynayır. Bu günkü oyunda "Qarabağ" özünün ən yaxşı oyunlarından birini keçirərək və azarkeşləri sevindirməyi bacaracaq".

 

"Qarabağ" bu il keçirdiyi əksər beynəlxalq oyunlarında performansı əvvəki illərdən daha yaxşı olduğunu düşünürəm . Bu il komanda rəqib qapıları qarşısında daha çox təhlükəli epizodlara girə bilir. Yararlanıb və yararlanmaması başqa bir sualdır. İnanıram bu gün Qarabağ ələ düşən imkanlardan maksimum yararlanacaq".