"Əl İttihad"ın hücumçusu Kərim Benzema açıqlama verib. Sport24.az xəbər verir ki, fransalı futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi ilə sabiq klubu "Real"ı müqayisə edib:

 

"İspaniyada və onun xaricində oynamaq fərqli şeylərdir. "Əl İttihad"da hər şey "Real"dan fərqlidir. Buna baxmayaraq, burada oynamaq çox çətindir və həmişə qalib gəlmək lazımdır".

 

36 yaşlı hücumçu bu mövsüm 25 oyunda 18 qol vurub.