PSV-nin yarımmüdafiəçisi Malik Tillman "Bayer"lə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

 

23 yaşlı amerikalı ilə müqavilə 2030-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalı müqaviləni 35 milyon avroya qiymətləndirir.

 

Qeyd edək ki, Tillman ötən mövsüm Niderland klubunun heyətində ümumilikdə bütün turnirlərdə 34 oyuna çıxıb, 16 qol vurub və 5 məhsuldar ötürmə edib.