"Neftçi"nin sabiq futbolçusu Mateus Saldanya karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək. Sport24.az xəbər verir ki, braziliyalı "Əl-Vəsl"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

25 yaşlı forvardla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Mateus Saldanya 2022/2023 mövsümünün ikinci yarısında icarə əsasında "Neftçi"nin formasını geyinib. Onun son klubu Macarıstan "Ferentsvaroş"u olub.