"Arsenal"ın futbolçusu Aleksandr Zinçenko "Vest Hem"ə keçməyə hazırlaşır. Sport24.az xəbər verir ki, ukraynalı London klubu ilə danışıq aparır.

 

Ukrayna millisinin üzvünün adı "Milan"la da hallanırdı.

 

2022-ci ilin yayından "Arsenal"da oynayan 28 yaşlı futbolçunun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Onun yeni mövsümə hansı komandada başlayacağı yaxın vaxtlarda dəqiqləşəcək.