"Brayton"un cinah oyunçusu Kaoru Mitoma karyerasını Almaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə  "Sky Germany" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 28 yaşlı yaponla "Bavariya" maraqlanır. Münhen klubu bu transferə Florian Wirtsə alternativ kimi baxır.

 

Qeyd edək ki, Mitoma bu mövsüm 40 oyun keçirib, 11 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı oyunçunun dəyərini 45 milyon avro qiymətləndirir.