"Bavariya" mövsümün sonunda Tomas Tuxellə yollarını ayıracaq. Sport24.az xəbər verir ki, Münhen təmsilçisi yeni baş məşqçi postu üçün axtarışları davam etdirir.

 

"Sky Sports"un məlumatına görə, hazırda bu posta ən real namizəd Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmanndır. 

 

"Bavriya" rəhbərliyi komandanın sabiq baş məşqçisi ilə danışıqları davam etdirir. Tərəflər 3-4 illik müqavilə ilə bağlı şərtləri müzakirə edir.